İspaniya La Liqasında 25-ci turun mərkəzi qarşılşaması keçirilib

21 Fevral 2022 09:06

Xəbər 400 dəfə oxunub

Fevralın 20-də futbol üzrə İspaniya La Liqasında 25-ci turun mərkəzi qarşılşaması keçirilib.”Mestalya” stadionunda baş tutan görüşdə “Valensiya” öz meydanında “Barselona” klubunu qəbul edib.Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə baş çatıb. “Barselona”nın heyətində Pyer Emerik Obameyanq (23, 38), Frenki de Yonq 32 və Pedri (63) fərqləniblər. “Valensiya”nın yeganə qolunu 52-ci dəqiqədə Karlos Soler vurub.Bu qələbə sayəsində “Barselona” xal ehtiyatını 42-ə çatdıraraq dördüncü, “Valensiya” isə 30 xalla on ikinci yerdədir.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb.

“Real Madrid” – “Alaves” – 3:0;

“Espanyol” – “Sevilya” – 1:1;

“Elçe” – “Rayo Valleykano” – 2:1;

“Qranada” – “Vilarreal” – 1:4;

“Osasuna” – “Atletiko Madrid” – 0:3;

“Kadiz” – “Hetafe” – 1:1.xeber100.com