Dekabrın 19-da futbol üzrə İspaniya La Liqasının 10-cu turunun təxirə salınmış oyunu keçirilib.Azərtac xəbər verir ki, İspaniya çempionatının iki əzəli rəqibi “Barselona” və “Real Madrid” klubları qarşılaşıb. Gərgin hücumlarla yadda qalan birinci hissədə hesab açılmayıb. Fasilədən sonra irəli atılan hər iki komanda qapı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Görüşün 71-ci dəqiqəsində Madrid təmsilçisi hesabı açsada hakim oyundan kənar vəziyyət qeydə alıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.On yeddinci turdan sonra hər iki komanda 36 xal toplayaraq birinci və ikinci yerləri bölüşürlər.Qeyd edək ki, 93 min 426 nəfərin bir başa izlədiyi görüşdə hakim 7 sarı vərəqə göstərib.Bu komandalar indiyədək bütün turnirlərdə 275 dəfə qarşılaşıblar. Onlardan 115-də “Barselona”, 99-da “Real Madrid” qalib gəlibsə, 61 matçda heç-heçə qeydə alınıb. Kataloniyalılar top fərqində də üstündürlər – 482:446.Xatırladaq ki, təqvimə əsasən, cari mövsümün ilk “El-Klasiko”su oktyabrın 26-da olmalı idi. Lakin qarşılaşma Kataloniyanın müstəqilliyi ilə bağlı etiraz aksiyaları səbəbindən təxirə salındı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…