İspaniya La Liqasının 15-ci turunun oyunları keçirilib

8 Dekabr 2019 10:34

Xəbər 500 dəfə oxunub

Dekabrın 7-də İspaniya La Liqasının 15-ci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlində 31 xala malik iki lider “Barselona” və “Real Madrid” növbəti oyunlarını keçiriblər. Kataloniya təmsilçisi öz meydanında “Malyorka”nı 5:2, Madrid təmsilçisi isə “Espanyol”u 2:0 hesabı ilə məğlub ediblər.Bu qələbədən sonra hər iki komanda aktivlərinə 36-cı xalı yazaraq turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər.Xatırladaq ki, iki əzəli rəqib bir-biri ilə dekabrın 18-də üz-üzə gələcək. “El Klassiko” Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com