İspaniya La Liqasının 19-cu turunun oyunları keçirilib

5 Yanvar 2020 17:40

Xəbər 398 dəfə oxunub

Yanvarın 4-də İspaniya La Liqasının 19-cu turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü “Espanyol” və “Barselona” komandaları arasında reallaşıb.“Kornelya El Prat” stadionunda təşkil olunmuş Kataloniya derbisi heç-heçə ilə yekunlaşıb – 2:2. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən David Lopes açıb. Oyunun 50-ci dəqiqəsində Luis Suares bərabərlik qolunu vurub. Qarşılaşmanın 59-cu dəqiqəsində isə Arturo Vidal qonaqları önə çıxarıb. Lakin 88-ci dəqiqədə Uley yekun nəticəni müəyyənləşdirib. Görüşün 75-ci dəqiqəsində Frenki De Yonq qırmızı vərəqə alaraq, “Barsa”nı azlıqda qoyub.Xal itkisinə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu komanda xallarını 40-a çatdıraraq, eyni xala malik “Real Madrid”i şəxsi göstəricilərdə üstələyib və yenidən 1-ci pilləyə qalxıb. “Espanyol” isə 11 xalla sonuncu pillədə qalıb.“Real Madrid” səfərdə “Xetafe” klubunun qapısından üç cavabsız top keçirərək vacib üç xalını qazanıb. Madridlilərin heyətində David Soriya (öz qapısına), Rafael Varan və Luka Modriç fərqləniblər.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Sevilya” – “Atletik Bilbao” – 1:1;

Rayo Valladilid” – “Leqanes” – 2:2;

“Valensiya” – “Eybar” – 1:0;

“Xetafe” – “Real Madrid” – 0:2;

“Atletiko Madrid” – “Levante” – 2:1.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02