İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib

17 Fevral 2020 10:36

Xəbər 538 dəfə oxunub

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Real Madrid” klubu səfərdə “Selta Viqo” komandasının qonağı olub.Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.Madrid təmsilçisinin heyətində Toni Kros (52), Serxio Ramos (65), “Selta Viqo”nun isə Fyodor Smolov (7) və Santi Mina (86) fərqləniblər.Heç-heçə eləməyinə baxmaraq, “Real Madrid” 53 xalla turnir cədvəlinin lideridir. “Selta Viqo” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com