Martın 1-də futbol üzrə İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, maraqla gözlənilən və “El klassiko” adlanan görüşdə “Real Madrid”–“Barselona” komandaları üz-üzə gəlib. “Santiaqo Bernabeu” stadionunda 75 min 557 nəfərin izlədiyi görüşdə “Real Madrid” qələbə qazanıb (2:0).Oyunda birinci hissədə hesab açılmasa da, “Real Madrid” fasilədən sonra ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb. Vinisius Junior (71) və Mariano Diaz (90) fərqləniblər.Bu qələbədən sonra aktivinə 56-cı xalı yazan madridlilər turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 55 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” və “Real Madrid”in çempionatdakı ən yaxın izləyicisi “Sevilya”nın 46 xalı var.Bu, La Liqada 180-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73 dəfə, “Barselona” isə 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…