İspaniya La Liqasının 28-ci turunda “Real Madrid”in “Eybar”ı məğlub etdiyi görüş (3:1) “kral” klubunun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu, fransız mütəxəssisin baş məşqçi kimi 90-cı qələbəsi olub.O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin “Real”ın baş məşqçisi kimi balansında 89 qələbə var.Zidan indi yalnız Miqel Munyosdan (257 qələbə) geri qalır.“Real” Zidanın rəhbərliyi altında 200 matç keçirərək 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub. Fransız klubu 10 mükafat, o cümlədən ardıcıl olaraq Çempionlar Liqasının üç kubokunu əldə edib. Komanda Zidanın başçılığı ilə keçirdiyi oyunlarda 489 qol vurub, öz qapısından isə 210 top buraxıb.Hazırda komanda 28 matçda 59 xal toplayaraq ikinci yerdə qərarlaşıb. “Real” lider “Barselona”dan 2 xal geri qalır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…