İspaniya La Liqasının 31-ci turunun daha bir oyunu keçirilib

11 Aprel 2022 10:12

Xəbər 390 dəfə oxunub

Aprelin 10-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun daha bir oyunu keçirilib.İkinci pillədə qərarlaşan “Barselona” səfərdə autsayder “Levante” komandasının qonağı olub.Görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.Kataloniya təmsilçisinin heyətində Pyer Emerik Obemeyanq (59), Pedri (63), Lyuk de Yonq (90+2), meydan sahiblərinin heyətində isə Jose Luis Morales (52) və Qonzalo Melero (83) fərqləniblər.

Qeyd edək ki, “Levante” 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.Bu qələbədən sonra xallarını 60-a çatdıran “Barselona” 2-ci pilləyə yüksəlib. “Levante” isə 22 xalla La Liqada qalmaq (19-cu yer) uğrunda mübarizə aparır.xeber100.com