İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib

7 Oktyabr 2019 09:24

Xəbər 393 dəfə oxunub

Oktyabrın 6-da futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və son çempion “Barselona” komandaları arasında oynanılıb. Görüş “Baraelona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.Kataloniya təmsilçisinin heyətində Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi fərqləniblər.Bu qələbədən sonra xalların sayını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com