İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşmasında

3 Oktyabr 2021 19:09

Xəbər 344 dəfə oxunub

Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb – 2:0.Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran “Atletiko Madrid” ikinci pilləyə yüksəlib. “Barselona” isə 12 xalla 10-cu yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var.Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaqlar.xeber100.com