İspaniya La Liqasının altıncı turunun növbəti oyunu keçirilib

27 Sentyabr 2019 10:40

Xəbər 505 dəfə oxunub

Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionatın autsayderi “Eybar” klubu olub.Oyuna hücumlarla başlayan “Sevilya” klubu matçın 11-ci dəqiqəsində hesabda önə keçib. Lukas Okompos fərqlənib – 0:1. Oyunun 33-cü dəqiqəsində qonaqlar Oliver Torresin sayəsində hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.Birinci hissə “Sevilya”nın üstünlüyü ilə başa çatıb.Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri oyunda dönüş yaradaraq ardıcıl üç qol vurmaqla vacib üç xalı qazanıb. Fabian Orellana (66), Pedro Leon (77) və Xose Angel (82) adlarını tabloya yazdırıb.Qeyd edək ki, altıncı tura “Selta Viqo” – “Espanyol” və “Real Sosyedad” – “Deportivo Alaves” oyunları ilə yekun vurulacaq.xeber100.com