İspaniya La Liqasının növbəti oyunu keçirilib

17 Avqust 2019 21:06

Xəbər 609 dəfə oxunub

Avqustun 17-də futbol üzrə İspaniya La Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ikinci günündə çempionluğa iddialı “Real Madrid” səfərdə “Selta Viqo” komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Kərim Benzema (12), Toni Kros (61) və Lukas Vasqets (80) fərqləniblər. Meydan sahibi – “Selta Viqo”nun heyətində isə yeganə qolun müəllifi 90-cı dəqiqədə İker Losada olub.xeber100.com