Mayın 22-də futbol üzrə İspaniya La Liqasının sonuncu – 38-ci turunun oyunlarına start verilib.Azərtac xəbər verir ki, çempionu həll edən turda turnir cədvəlinin lideri “Atletiko Madrid” səfərdə “Valyadolid” komandasının qonağı olub.Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı “Valyadolid” 18-ci dəqiqədə Oskar Planonun sayəsində açsada, fasilədən sonra Madrid təmsilçisi ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb.Paytaxt təmsilçilərinin heyətində Anxel Korrea və Luis Suares fərqləniblər.Bu qələbə sayəsində “Atletiko Madrid” xal ehtiyatını 86-ya çatdıraraq tarixində 11-ci dəfə İspaniya La Liqasının qalibi olub.“Atletiko Madrid”in turnir cədvəlində əsas izləyicisi “Real Madrid” isə öz meydanında “Vilarreal” komandasını məğlub edib – 2:1. Bu qələbə “kral” klubunun çempion olmasına kifayət etməyib.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alıb:
“Osasuna” – “Real Sosyedad” – 0:1;
“Selta Viqo” – “Real Betis” – 2:3;
“Ueska” – “Valensiya” – 0:0;
“Eibar” – “Barselona” – 0:1;
“Elçe” – “Atletik Bilbao” – 2:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…