İspaniya La Liqasının sonuncu turunun oyunlarına start verilib

19 İyul 2020 20:32

Xəbər 494 dəfə oxunub

Futbol üzrə İspaniya La Liqasının sonuncu – 38-ci turun oyunlarına start verilib.Azərtac xəbər verir ki, çempionatda gümüş medalların artıq təmin edən “Barselona” sonuncu turda səfərdə “Depoetivo Alaves” komandasının qonağı olub.Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.“Barselona”nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.“Barselona” 38 tura 82 xal, “Deportivo Alaves” isə 39 xal toplayıb.Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com