Oktyabrın 29-da futbol üzrə İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında “Barselona” doğma meydanda “Valyadolid”i qəbul edib.Azərtac xəbər verir ki, gözlənildiyi kimi, görüşə meydan sahibləri fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Kataloniya klubunun müdafiəçisi Lenqle hesabı açıb – 1:0. Lakin qonaqlar 15-ci dəqiqədə Kiko Olivasın vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Meydan sahibləri 29-cu dəqiqədə Vidalın qolu ilə yenidən hesabda önə keçiblər. Cəmi 5 dəqiqə sonra “Barselona”nın argentinalı hücumçusu Messi hesab arasındakı fərqi artırıb – 3:1. Birinci hissə elə bu hesabla başa çatıb.Matçın 75-ci dəqiqəsində Ernesto Valverdenin yetirmələri yenidən fərqləniblər. Rakitiçin ötürməsni Messi dəqiq yerinə yetirərək dubla imza atıb. Qoldan 2 dəqiqə sonra Messi bu dəfə assistlə diqqət mərkəzinə düşüb. Onun ötürməsini Luiz Suarez dəqiq tamamlayıb.Beləliklə, “Barselona” doğma meydanda “Valyadolid”i 5:1 hesabı ilə darmadağın edib.Bu qələbədən sonra Kataloniya klubu 22 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…