Noyabrın 2-də futbol üzrə İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən matçda “Sevilya” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.Azərtac xəbər verir ki, “Ramon Sançez Pizxuan” stadionunda baş tutan görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Franko Vazques açıb. Cavab isə matçın 60-cı dəqiqəsində gəlib. madridlilərin hücumçusu Alvaro Morata topu çərçivəyə göndərərək komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla da bitib – 1:1.Turun digər qarşılaşmasında isə “Barselona” səfərdə “Levante”yə 3:1 hesabı ilə məğlub olub. “Espanyol” isə doğma meydanda “Valensiya”ya 1:2 hesabı ilə uduzub.Bu oyunlardan sonra turnir cədvəlinə 22 xalla “Barselona” klubu liderlik edir. “Sevilya” isə 21 xalla dördüncü olub.Turun digər qarşılaşmaları isə noyabrın 3 və 4-də baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…