İspaniya mətbuatı yazır…

4 May 2017 11:58

Xəbər 738 dəfə oxunub

İspaniyanın velosiped idmanı üzrə ixtisaslaşmış “esciclismo.com” portalı “Tour d’Azerbaidjan-2017” veloturundan yazıb. Portal Azərbaycanda keçirilən yarışın ilk mərhələsinin nəticələri haqqında məqalə dərc edib.Yazıda deyilir ki, ilk yarış günündə iştirakçılar Bakıdan Sumqayıtadək olan məsafəni qət ediblər. İlk mərhələdə estoniyalı Mikel Raim qalib olub. O, ikinci mərhələdə liderliyini qorumağa çalışacaq. İkinci mərhələdə idmançılar Bakıdan İsmayıllıyadək olan 187 kilometr məsafəni qət edəcəklər.xeber100.com