Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə qalib adı uğrunda “Barselona” ilə “Sevilya” mübarizə aparıb.Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb. Bu, “Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridir.Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında “Barsa” məhz “Sevilya”nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda “qızıl dubl” etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.Xatırladaq ki, Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə – 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…