İspaniya Superkuboku yarışlarının yarımfinal mərhələsinə start veriləcək

10 Yanvar 2022 15:39

Xəbər 435 dəfə oxunub

Yanvarın 12-də futbol üzrə İspaniya Superkuboku yarışlarının yarımfinal mərhələsinə start veriləcək.İlk yarımfinalda iki əzəli rəqib “Barselona” və “Real Madrid” klubları üz-üzə gələcəklər. “Barselona”nın iki futbolçusu həmin oyunda komandasına kömək edə bilməyəcək. Kataloniya təmsilçinin məşqçilər korpusu Pedri və Ferran Torressin xidmətindən yararlana bilməyək. Buna səbəb Səudiyyə Ərəbistanına getməzdən əvvəl hər iki futbolçunun koronavirus testi müsbət çıxıb. Futbolçular karantinə alınıblar.Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək. Digər yarımfinalda “Atletiko Madrid” və turnirin hazırkı qalibi “Atletik Bilbao” üz-üzə gələcək. Həmin görüş yanvarın 13-də baş tutacaq. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.xeber100.com