İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib

10 Yanvar 2020 13:20

Xəbər 675 dəfə oxunub

Yanvarın 9-da İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, ikinci oyunda “Barselona” “Atletik Madrid” komandası ilə üz-üzə gəlib.“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.Oyunda hər beş qol ikinci hissədə vurulub.Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib – 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib – 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb – 2:1.Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.“Real Madrid” yanvarın 8-də “Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.xeber100.com