İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır

7 Aprel 2020 19:17

Xəbər 454 dəfə oxunub

İspaniya Tennis Federasiyası mövsüm baş tutmayacağı halda yay turniri keçirməyi planlaşdırır.Azərtac xəbər verir ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşmasa, federasiya yerli tennisçiləri formada saxlamaq üçün belə bir plan haqda fikirləşir. Turnirdə Rafael Nadal, Roberto Bautista-Aqut, Pablo Korrenyo-Busta, Albert Ramos, Fernando Verdasko və reytinqdə ilk “100-lük”də qərarlaşan digər tennisçilərin də iştirakı nəzərdə tutulub.Amma bu turnirdə göstərilən nəticələrə görə raketka ustaları reytinq xalları qazanmayacaq. Mükafat fondu isə milyon avro ola bilər.xeber100.com