İsrail Knessetinin (birpalatalı parlament) deputatları yeddi illik müddəti bitən Ruven Rivlini əvəz edəcək 11-ci prezidenti seçib.Azərtac İsrailin parlament televiziyasına istinadla xəbər verir ki, gizli səsvermə nəticəsində “Soxnut” agentliyinin rəhbəri İshaq Hersoq ölkənin yeni prezidenti seçilib. Kan dövlət radiosunun məlumatına görə, birinci turda Knessetin 120 deputatından 87-si Hersoqa səs verib.Ruven Rivlinin prezidentlik səlahiyyətləri iyulun 9-da bitir. İsrail qanunlarına əsasən, yeni prezident həmin müddətə 30 gün qalmış müəyyən olunmalıdır.Qeyd edək ki, İsraildə prezidentin yeddi illik səlahiyyət müddəti var və dövlət başçısı vəzifəsi eyni şəxs tərəfindən iki dəfə icra edilə bilməz. Prezident vəzifədən yalnız parlament tərəfindən – deputatların dörddə üçünün impiçmentə səs verəcəyi təqdirdə kənarlaşdırıla bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…