Aprelin 4-də İstanbulda “N-Kolay İstanbul” marafonu keçirilib.Azərtac xəbər verir ki, bu il 16-cı dəfə təşkil olunan marafon İstanbul Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə pandemiya qaydaları çərçivəsində baş tutub.Dünyanın ən yaxşı səkkiz yarımarafonundan biri hesab edilən “N-Kolay İstanbul”da bu il dünya rekordu yenilənib. Belə ki, 2 min 500-dən çox iştirakçının qatıldığı marafonda kişi və qadınlar arasında birinciliyi keniyalı atletlər qazanıb. Qadınlar arasında keniyalı atlet Ruth Chepngetich 21 kilometrlik məsafəni 1 saat 4 dəqiqə 1 saniyədə tamamlayaraq dünya rekordunu təzələyib. Kişilər arasında isə Geoffrey Kamvoror 57 dəqiqə 32 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.Marafon İstanbulun Avropa qitəsinin “Yenikapı” bölgəsindən başlayıb. Tarixi yarımadanı dolaşan idmançılar başlanğıc nöqtəsinə dönüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…