Aprelin 4-də İstanbulda Suriya məsələsi üzrə üçtərəfli Türkiyə-Rusiya–İran sammiti keçiriləcək.Anadolu informasiya agentliyi xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə təşkil olunacaq zirvə görüşündən bir gün əvvəl – aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq. Prezident Vladimir Putin əvvəlcə şura iclasına, sonra isə liderlərin zirvə görüşünə qatılacaq. Sammitin əsas müzakirə mövzusunun Suriya məsələsi olacağı gözlənilir. Görüşdə digər regional məsələlərin də müzakirəsi planlaşdırılır.Xatırladaq ki, 2017-ci il noyabrın 22-də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Soçidə keçirilən zirvə görüşündə Suriyada terrorla birgə mübarizədə nəzərəçarpacaq uğur qazandıqlarını və bu ölkədəki böhranın nizamlanması üçün yeni mərhələnin başladığını bəyan etmişdilər. Bu prosesdə növbəti addım yanvarın 30-da Suriya Milli Dialoqunun Soçi şəhərində keçirilən konqresi olub. Konqresdə konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşdırılması barədə qərar qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…