Yanvarın 25-də axşam saatlarında naməlum şəxslər Höteborq ətrafında qaçqınların müvəqqəti məskunlaşdığı mərkəzlərdən birinə partlayıcı qurğu qoyublar. Polisdən bildiriblər ki, qurğu bilavasitə qaçqınlar üçün təchiz olunmuş sığınacaqda aşkar edilib.İsveç KİV-ləri bu barədə məlumatı Höteborq polisinin mətbuat üçün açıqlamasına istinadla yayıblar.Asayiş keşikçiləri partlayıcı qurğu ilə bağlı hər hansı təfərrüatı açıqlamırlar. Bircə bu məlumdur ki, bomba tapılandan sonra müvəqqəti məskənin sakinləri təxliyə olunub. Hadisə yerinə əlavə polis qüvvələri və istehkamçılar cəlb edilib, bomba zərərsizləşdirilib.Jurnalistlər bildirirlər ki, partlayış təhlükəli əşya sığınacaq əməkdaşlarından biri tərəfindən aşkar edilib. Höteborq şəhərinin hakimiyyət orqanları tərəfindən yayılan informasiyaya görə, həmin sığınacaqda əsasən qaçqın statusu almaq üçün ərizə vermiş və miqrasiya idarəsinin qərarını gözləyən təqribən 140 nəfər yaşayır. “CBT” telekanalı məlumat verib ki, daha əvvəl mərkəzin ünvanına dəfələrlə naməlum şəxslər tərəfindən təhdidlər daxil olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…