İsveçrə Federal Şurası muzeylərin açılmasına icazə verib

29 Aprel 2020 18:43

Xəbər 557 dəfə oxunub

İsveçrə Federal Şurası (hökumət) koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi üzrə ikinci mərhələnin başladığı gün – mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verib.Azərtac RTS telekanalına istinadla xəbər verir ki, bu barədə hökumətin Berndə dərc edilən qərarında deyilir.Məhdudiyyətlərin tədricən ləğv edilməsi planına uyğun olaraq mayın 11-dən orta məktəblərdə məşğələlərin bərpa olunacağı və mağazaların açılacağı nəzərdə tutulurdu. Lakin aprelin 29-da Federal Şura koronavirusdan müdafiə tədbirlərini əlavə olaraq yüngülləşdirmək qərarına gəlib.İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsi aprelin 27-də başlayıb. Ölkədə stomatoloji, psixoterapevt və baytarlıq klinikaları, həmçinin gözəllik salonları, kənd təsərrüfatı və tikinti materialları mağazaları açılıb, xəstəxanalarda təxirə salınmış əməliyyatlar bərpa olunub. Mayın 11-də başlayacaq ikinci mərhələdə orta məktəblər və digər bütün mağazalar, iyunun 8-dən isə texniki peşə və ali məktəblər fəaliyyətlərini bərpa edəcək.Məhdudiyyətlərin yumşaldılması İsveçrədə virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır. Martın sonları – aprelin əvvəllərində hər gün mindən çox yoluxma halı qeydə alınırdısa, aprel ayının 29-da sutka ərzində yoluxanların sayı cəmi 143 nəfər təşkil edib. COVID-19 xəstəliyindən ölənlərin sayında da qeyri-bərabər və zəif azalma müşahidə olunur. Federal Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutka ərzində ölkədə 28 nəfər virus səbəbindən həyatını itirib.Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 3 milyon 163 mindən çox yoluxma və 219 min 332 ölüm faktı qeydə alınıb, 975 min 783 nəfər COVID-19 xəstəliyindən sağalıb.İsveçrədə koronavirusa yoluxanların sayı 29 min 400 nəfəri ötüb, 1699 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.xeber100.com

 

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42