Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.Azərtac xəbər verir ki, oktyabrın 19-dan etibarən, İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar.Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa mətbuat konfransında bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcəkdir. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcəkdir. Eyni zamanda, vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar.Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2606 nəfərə çatıb.Eyni zamanda, İsveçrə hökuməti ölkədəki şirkətləri öz əməkdaşlarına evdən işləmək (homə office) üçün maksimum şərait yaratmağa çağırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…