İsveçrə iyunun 15-də Fransa, Almaniya və Avstriya ilə sərhədləri tam açmaq niyyətindədir.Azərtac İsveçrə Federal Şurasının (hökumətin) saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir ki, sərhədlər epidemioloji şəraitin imkan verdiyi təqdirdə açılacaq. Müvafiq qərar İsveçrə ilə qonşu olan üç ölkənin Daxili İşlər nazirlərinin danışıqlarında qəbul olunub.Hazırda Fransa, Almaniya və Avstriya COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının bənzər mərhələsini yaşayır. Sərhədlərin açılması barədə yekun qərar Federal Şuranın mayın 27-də keçiriləcək iclasında qəbul ediləcək.Mayın 11-dən İsveçrədə epidemiyanın qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci fazası başlayıb. Ölkədə bütün mağazalar açılıb, restoranlar və barlar bir sıra məhdudiyyətlər şərti ilə fəaliyyətini bərpa edib, İsveçrəyə Avropa İttifaqından gəliş qadağası qismən götürülüb. Vəziyyət sabitləşəcəyi təqdirdə iyunun 8-ə üçüncü mərhələyə keçid planlaşdırılır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…