Noyabrın 21-də futbol üzrə İtaliya A Seriyasında 13-cü turun mərkəzi qarşılaşması keçirilib.”İnter” klubu “San Siro” stadionunda turnir cədvəlinin lideri “Napoli” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı qonaqlar matçın 17-ci dəqiqəsində açıb. Piotr Ziyelisnki fərqlənib. Səkkiz dəqiqə sonra meydan sahibləri tarazlığı bərpa edib. Hakan Çalxanoğlu penalti zərbəsini dəqiq yerinə yetirib. Birinci hissənin sonlarında Türkiyə millisinin futbolçusu yenə diqqət mərkəzində olub. Belə ki, onun ötürməsindən sonra İvan Perişiç komandasını hesabda önə çıxardıb.Fasilədən sonra bərabərlik qolunu vurmaq üçün “Napoli” hücumların sayını artırıb. Buna baxmayaraq əks hücumlara bel bağlayan “İnter” üçüncü dəfə fərqlənməyə nail olub.Lautaro Martinez oyunda yekun nəticəni müəyyənləşdirib.Beləliklə, bu qələbədən sonra xal ehtiyatını 28-ə çatdıran Milan təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Napoli” isə məğlub olmasına baxmayaraq 32 xalla eyni xala malik “Milan”la birinci və ikinci yerləri bölüşürlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…