Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Gərgin keçən qarşılaşmada hesabı erkən qolla Turin təmsilçisi açıb. Miralim Pyaniçin ötürməsindən sonra top “Atalanta” klubunun müdafiəçisi Berat Djimsitinin ayağına dəyərək qapıdan keçib – 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 24-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Duvan Sapata fərdi ustalığı sayəsində rəqibin iki müdafiəçisini keçərək qapıya qüvvətli zərbə endirib – 1:1.Fasiləyə komandalar heç-heçə ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsinin 56-cı dəqiqəsində “Atalanta” klubu hesabda önə keçib. Duvan Zapata adını tabloya yazdıraraq oyunda dublun rəsmiləşdirib – 2:1. Matçın 78-ci dəqiqəsində “qoca sinyora” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, Miralim Pyaniçin künc ötürməsindən sonra “Atalanta”nın cərimə meydançasında yaranmış qarışıqlıqdan Kriştino Ronaldo dəqiq baş zərbəsi ilə istifadə edib. Bu, “Yuventus”un ulduz oyunçusunun cari mövsümdə vurduğu 12-ci qoldur. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…