İtaliya A Seriyasında 19-cu turun oyunlarında…

29 Dekabr 2018 22:31

Xəbər 590 dəfə oxunub

İtaliya A Seriyasında 19-cu turun oyunları davam edir. Milli.az xəbər verir ki, daha 7 qarşılaşma keçirilib. “İnter” və “Roma” turu və ili qələbə ilə başa vurublar. Milan təmsilçisi səfərdə “Empoli”ni, paytaxt klubu isə “Parma”nı məğlub edib. “Atalanta” isə qonağı olduğu “Sassuolo”nun qapısından 6 top keçirib. Qeyd edək ki, tura bu gün keçiriləcək “Napoli” – “Bolonya” və “Milan” – SPAL görüşləri ilə yekun vurulacaq. Xatırladaq ki, günün ilk oyununda “Yuventus” evdə Kriştiano Ronaldonun vurduğu qollarla “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib.xeber100.com