İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşmasında

9 Mart 2020 11:10

Xəbər 487 dəfə oxunub

Martın 8-də İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, lider “Yuventus” öz meydanında üçüncü yerdə qərarlaşan “İnter” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.“Qoca sinyora”nın heyətində Aron Remsi (55) və Paolo Dibala (67) fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com