İtaliya A Seriyasında 27-ci turun oyunları baş tutub

12 Mart 2018 14:49

Xəbər 884 dəfə oxunub

Martın 11-də futbol üzrə İtaliya A Seriyasında 27-ci turun növbəti oyunları baş tutub.Azərtac xəbər verir ki, turun bütün oyunları ötən həftə dünyasını dəyişən “Fiorentina” klubunun kapitanı Davide Astorinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.“Roma” doğma meydanda “Torino”ya 3:0 hesabı ilə qalib gəlib.“Milan” isə səfərdə “Cenoa”nı Andre Silvanın sonuncu dəqiqədə vurduğu qolla məğlub edib – 1:0.“Yuventus” doğma meydanda “Udineze”nin qapısından iki cavabsız top keçirib – 2:0.Turun mərkəzi oyunu isə “San Siro” stadionunda baş tutub. Milanın “İnter” klubu “San Siro” stadionunda çempionatın lideri “Napoli”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmadı – 0:0.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Fiorentina” – “Benevento” -1:0.

“Bolonya” – “Atalanta” – 0:1.

“Kalyari” – “Latsio” – 2:2.

“Krotone” – “Sampdoriya” – 4:1.

“Sassuolo” – “Spal” – 1:1.

“Verona” – “Kyevo” – 1:0.xeber100.com