İtaliya A Seriyasında XXIII turun mərkəzi oyunu keçirilib

24 Yanvar 2022 09:08

Xəbər 360 dəfə oxunub

Yanvarın 23-də futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi oyunu keçirilib.”San-Siro” stadionunda baş tutan görüşdə iki əzəli rəqib – “Milan” və “Yuventus” komandaları üz-üzə gəlib.Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş qolsuz bərabərliklə yekunlaşıb – 0:0. Qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç zədələnərək meydanı tərk edib. Qırx bir yaşlı isveçli forvardı fransalı Olivye Jiru əvəzləyib.Bu nəticədən sonra “Milan” klubu “Napoli” ilə birgə hərəyə 49 xalla 2-3-cü yerləri bölüşür. “Yuventus” isə 42 xalla 5-cidir. Turnir cədvəlinə 53 xalla ehtiyatda bir oyunu olan “İnter” başçılıq edir.xeber100.com