İtaliya A Seriyasını tərk edən ikinci komanda da müəyyənləşib

16 May 2022 10:10

Xəbər 427 dəfə oxunub

İtaliya A Seriyasını tərk edən ikinci komanda da müəyyənləşib.37-ci turda “Napoli”yə 0:3 hesabı ilə uduzan “Cenoa” bu mövsüm B seriyasına düşən ikinci komanda olub. Daha əvvəl “Venetsiya” da yüksək liqanı tərk etmişdi.Yeni mövsümdə A Seriyasında oynamaq hüququnu itirəcək üçüncü iştirakçı isə son turda bilinəcək. Bu, ya “Salernitana”, ya da “Kalyari” olacaq.xeber100.com