İtaliya “A” seriyasının 10-cu turunda…

8 Yanvar 2018 13:44

Xəbər 782 dəfə oxunub

“Qızıl buts” yarışında “Latsio”nun hücumçusu Çiro İmmobile liderliyi ələ keçirib.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu İtaliya “A” seriyasının 10-cu turunda “Spal” ilə səfər matçında “poker” edərək qollarının sayını 20-yə çatdırıb.Beləliklə, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.xeber100.com