Yanvarın 3-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Milan” səfərdə “Benevento” komandasının qonağı olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Milanlılar hesabı oyunun 15-ci dəqiqəsində açıb. Hakimin təyin etdiyi penaltini Frank Kessi dəqiq zərbə ilə tamamlayıb. Görüşün 34-cü dəqiqəsində “Milan”nın futbolçusu Sandro Tonali qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalmalarına baxmayaraq fasilədən sonra “Milan” yenidən fərqlənib. Rafael Leao qapıçının səhvini bağışlamayıb. Oyunun 61-ci dəqiqəsində “Benevento” 11 metilik cərimə zərbəsini vura bilməyib.Bu qələbədən sonra “Milan” 37 xalla liderliyini davam edir. “Benevento” isə 18 xalla 10-ci yerdə qərarlaşıb.Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında və top-5 liqalarda cari mövsüm uduzmayan yeganə klubdur.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“İnter” – “Krotone” – 6:2;
“Atalanta” – “Sassuolo” – 5:1;
“Genoa” – “Latsio” – 1:1;
“Kalyari” – “Napoli” – 1:4;
“Parma” – “Torino” – 0:3;
“Roma” – “Sampdoriya” – 1:0;
“Spezia” – “Verona” – 0:1;
“Fiorentino” – “Bolonya” – 0:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…