Dekabrın 16-da İtaliya A Seriyasının 16-cı turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, SPAL – “Kyevo” matçında hesab açılmayıb. “Fiorentina” “Empoli”ni (3:1), “Sampdoriya” isə “Parma”nı məğlub yola salıb (2:0). “Frozinone” – “Sassuolo” matçında isə qonaqlar qələbəyə seviniblər (0:2). “Napoli” səfərdə “Kalyari”ni minimal hesabla üstələyib (0:1)Beş qolun qeydə alındığı “Roma” – “Cenoa” matçında isə paytaxt təmsilçisi çətin qələbə qazanıb (3:2). “İnter” öz meydanında “Udineze”ni sınağa çəkib və minimal hesabla qalib gəlib (1:0).Turun derbisində isə iki Turin təmsilçisi arasında oynanılıb. “Yuventus” səfərdə “Torino”nun qonağı olub. Derbidə qonaqlar minimal hesabla üstün olublar (0:1).On altı turdan sonra turnir cədvəlinə 46 xalla “Yuventus” klubu başçılıq edir, “Napoli” 38 xalla ikinci, “İnter” 32 xalla üçüncü, bir oyun az keçirdən “Milan” isə 26 xalla dördüncü yerdə qərarlaşıb.Qeyd edək ki, tura dekabrın 17-də “Atalanta” – “Lazio” və dekabrın 18-də “Bolonya” – “Milan” oyunları ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…