İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib

22 Dekabr 2019 20:45

Xəbər 452 dəfə oxunub

Dekabrın 22-də İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Atalanta” öz meydanında “Milan” klubunu qəbul edib.Görüş “Atalanta” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.Meydan sahiblərinin heyətində Alexandro Qomes, Mario Paşaliç, Yosip İliçiç və Luis Miriel fərqləniblər.“Milan” sonuncu dəfə belə məğlubiyyəti 1998-ci ildə səfərdə “Roma”ya qarşı oyunda yaşayıb.Bu qələbədən sonra “Atalanta” 31 xal toplayaraq 5-ci yerə yüksəlib. “Milan” isə 21 xalla 10-cu yerdədir.Növbəti turda “Milan” öz meydanında “Sampdoriya”nı, “Atalanta” isə “Parma”nı qəbul edəcək.xeber100.com