İtaliya A seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib

7 Yanvar 2020 10:27

Xəbər 412 dəfə oxunub

Yanvarın 7-də İtaliya A seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, cari mövsüm uğursuz oyun nümayiş etdirən “Napoli” öz meydanında “İnter” klubu ilə üz-üzə gəlib. “San Paolo” stadionunda baş tutan görüş “İnter” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Milan təmsilçisinin heyətində Lukaku, Lautaro Martinez, “Napoli”nin heyətində isə Arek Milik fərqləniblər.Turun digər oyununda “Milan” öz meydanında autsayder “Sampdoriya” ilə qolsuz heç-heçə edib. “Roma” isə öz meydanında “Torino”ya uduzub (0:2).Çempionluğa iddialı “Yuventus” bu mövsüm 14-cü qələbəsini qazanıb. Belə ki, turinlilər doğma azarkeşlər önündə “Kalyari”nin qapısından 4 cavabsız top keçirib. Həmin oyunda Kriştianu Ronaldu üç dəfə, Qonsalo Hiquayin isə bir dəfə fərqlənərək komandasına vacib qələbə qazandırıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Breşiya” – “Latsio” – 1:2;

SPAL – “Verona” – 0:2;

“Genoa” – “Sassuolo” – 2:1;

“Bolonya” – “Fiorentino” – 1:1;

“Atalanta” – “Parma” – 5:0;

“Leççe” – “Udineze” – 1:1.xeber100.com