Yanvarın 17-də futbol üzrə İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Cuzeppe Meaza” stadionunda baş tutan görüşdə “İnter” əzəli rəqibi “Yuventus” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 12-ci dəqiqədə açılıb. Nikoli Barellanın ötürməsini Arturo Vidal dəqiq zərbə ilə tamamlayıb.Fasilədən sonra “İnter” rəqibin qapısına ikinci dəfə yol tapıb. Oyunun ən yaxşılarından sayılan Nikola Barella rəqibi əks hücumda yaxaladığı epizodda qapıçı ilə təkbətək qalıb. İtaliya millisinin futbolçusu fürsəti əldən verməyib. Qalan dəqiqələrdə qonaqların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Bu qələbədən sonra xal sayını 40-a çatdıran “İnter” turnir cədvəlində ikinci yerdə, “Yuventus” isə 33 xalla beşinci yerdə qərarlaşıb.Turnir cədvəlinin lideri “Milan” yanvarın 18-də səfərdə “Kalyari” komandasının qonağı olacaq.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Atalanta” – “Genoa” – 0:0;
“Sassuolo” – “Parma” – 1:1;
“Krotone” – “Benevento” – 4:1;
“Napoli” – “Fiorentina” – 6:0;
“Sampdoriya” – “Udineze” – 2:1;
“Torino” – “Spezia” – 0:0;
“Bolonya” – “Verona” – 1:0;
“Latsio” – “Roma” – 3:0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…