İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib

1 İyul 2020 10:17

Xəbər 1037 dəfə oxunub

İyunun 30-da futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Genoya” klubu öz meydanında “Yuventus”u qəbul edib. Qarşılaşma Genuyanın “Luici Ferraris” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ikinci hissəsinin əvvəlində “Yuventus”un hücumçusu Paulo Dibala açıb. O, 50-ci dəqiqədə səhvsiz oynamaqla meydan sahiblərini məyus edib. Bundan 6 dəqiqə sonra digər hücumçu Kriştiano Ronaldo komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 73-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.“Yuventus” 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində birinci yer tutur. “Genoya” 26 xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com