İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib

4 İyul 2020 22:16

Xəbər 956 dəfə oxunub

İyulun 3-də futbol üzrə İtaliya A Seriyasının 30-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, Turin derbisində “Yuventus” “Torino” klubunu qəbul edib. Görüş “Yuventus”un böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.“Qoca sinyora”nın heyətində Paulo Dibala, Juan Kuadrado, Kriştiano Ronaldo və Koffi Djiji (avtoqol) fərqləniblər. “Torino”nun heyətində isə təsəlli qola Andrea Belotti imza atıb.Bu qələbədən sonra xal ehtiyatını 75-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyi davam etdirir. “Torino” isə 31 xalla 15-ci yerdə qərarlaşıb.xeber100.com