İyulun 28-də İtaliya A Seriyasının 37-ci turuna start verilib.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü “San Siro” stadionunda baş tutub. “İnter” əzəli rəqibi “Napoli” klubunu qəbul edib. Görüş 2:0 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Danilo Dambrosio və Lautaro Martines fərqləniblər.Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “İnter” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Napoli” isə 59 xalla 7-ci yerdə qərarlaşıb.Günün digər oyununda isə üçüncü pillədə qərarlaşan “Atalanta” səfərdə “Parma”nın qonağı olub. Oyunda hesabı meydan sahibləri Dejan Kuluseviçin sayəsində açsa da, “Atalanta” ardıcıl iki dəfə qol vuraraq oyunda qələbə qazanıb. Berqamo təmsilçisinin heyətində Ruslan Malinovskiy və Alexandro Qomez fərqləniblər.“Atalanta” 78 xalla üçüncü, “Parma” isə 46 xalla 11-ci yerdədir.Turun qalan görüşləri iyulun 29-da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…