İtaliya A Seriyasının 6-cı turunun mərkəzi qarşılaşması keçirilib

30 Sentyabr 2019 13:58

Xəbər 416 dəfə oxunub

Sentyabrın 29-da futbol üzrə İtaliya A Seriyasının 6-cı turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda oynanılan görüşdə “Milan” “Fiorentina” klubunu qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.“Fiorentina”nın heyətində Erik Pulqar, Frenk Riberi və Qaetano Kastro fərqləniblər. Milanlıların təsəlli qoluna isə Rafel Leao imza atıb.Bu “Milan”ın cari mövsümdə ardıcıl üçüncü məğlubiyyətidir. Bundan əvvəl “rossoneri”lər “İnter” (2:0) və “Torino”ya (2:1) məğlub olublar. Altı xal yığan “Milan” 16-cı yerdə qərarlaşıb. “Fiorentina” isə 8 xalla 9-cu yerdədir.Tura bu gün oynanılacaq “Parma”-“Torino” qarşılaşması ilə yekun vurulacaq.xeber100.com