İtaliya A Seriyasının altıncı turunun növbəti oyunu keçirilib

29 Sentyabr 2019 21:23

Xəbər 490 dəfə oxunub

Sentyabrın 29-da İtaliya A Seriyasının altıncı turunun növbəti oyunu keçirilib.azərtac xəbər verir ki, çempionluğa iddialı “Napoli” doğma azarkeşlər önündə “Breşiya” klubunu qəbul edib.Görüş neapolluların minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1.Karlo Ançellotinin yetirmələrinin heyətində Dris Mertens (13) və Kostan Manolas (44) fərqləniblər. Qonaqların isə yeganə qoluna yeni transferi Mario Balotelli (67) imza atıb.Bu qələbədən sonra “Napoli” xalların sayını 12-yə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib. “Breşiya” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.Növbəti turda “Breşiya” öz meydanında “Sassuolo” ilə, “Napoli” isə səfərdə “Torino” ilə üz-üzə gələcək.Turun qalan oyunları bu gün oynanılacaq.xeber100.com