Sentyabrın 25-də İtaliya A Seriyasının beşinci turu çərçivəsində daha 7 qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Çempionluq uğrunda mübarizədə favoritlərdən sayilan “Roma” komandası daha bir iddialı komanda – “Atalanta” ilə qarşılaşıb. Görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Berqamo təmsilçisinin heyətində Duvan Sapata (71) və Marten De Roon (90) fərqləniblər.Günün gözlənilməz hesabı “San Paolo” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Napoli” öz meydanında “Kalyari” klubuna uduzub – 0:1.Digər maraq doğuran görüş “Cüzeppe Meazza” stadionunda oynanılıb. Paytaxt təmsilçisi “Latsio” səfərdə cari mövsümdə dörd görüşün hamısında qalib gələn “İnter”in qonağı olub. Görüş “nerazduza”in minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.Xatırladaq ki, turun açılış görüşü sentyabrın 24-də sonuncu çempion “Yuventus” və “Breşiya” komandaları arasında oynanılıb. Matç “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Fiorentino” – “Sampdoriya” – 2:1,
“Genoa” – “Bolonya” – 0:0,
“Parma” – “Sassuolo” – 0:0,
“Verona” “Udineze” – 0:0,
SPAL – “Leççe” – 1:2.
Tura sentyabrın 26-da keçiriləcək “Torino” – “Milan” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…