İtaliya A Seriyasının birinci turuna start verilib

18 Avqust 2018 22:28

Xəbər 672 dəfə oxunub

Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.Milli.az bildirir ki, turun ilk oyunu “Markantoniyo” stadionunda baş tutub. “Kyevo” klubu “Yuventus” komandasını qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinski və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.Qeyd edək ki, “Real”dan “Yuventus”a transfer edilən Kristianu Ronaldu bu matçda debüt edib. 90 dəqiqə meydanda olub.xeber100.com