İtaliya A Seriyasının sonuncu – 38-ci turunun oyunları keçirilib

24 May 2021 09:46

Xəbər 422 dəfə oxunub

Mayın 23-də futbol üzrə İtaliya A Seriyasının sonuncu – 38-ci turunun oyunları keçirilib. Azərtac xəbər verir ki, “Yuventus” klubu səfərdə “Bolonya” komandasını darmadağın edib – 4:1.Federik Kyeza, Alvaro Morata (2) və Andre Rabiotun vurduğu qolla sayəsində “qoça sinyora” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. “Bolonya”nın təsəlli qolunu 85-ci dəqiqədə Rikkardo Orsolini vurub. Turinlilər A Seriyasını dördüncü başa vurub (78 xal).UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan digər klub – “Napoli” isə gözlənilmədən öz meydanında “Verona” komandası ilə heç-heçə edib. Neapol təmsilçisi Ali Rahmaninin 61-ci dəqiqədə vurduğu qolu sayəsində hesabda öndə çıxsa da, səkkiz dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Davide Faraoni adını tabloya yazdırıb.“Milan” klubu səfərdə “Atalanta”komandasının qonağı olub.Gərgin keçən görüş milanlılar qələbə qazanıb – 2:0.Oyunda hər iki qolun müəllifi 43-cü və 90-cı dəqiqədə Frank Kessi olub. O, hakimin təyin etdiyi hər iki penalti dəqiq yerinə yetirib.Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “Milan” çempionatı gümüş medallarla başa vurub. “Atalanta” isə 78 xalla üçüncü yeri tutub.Beləliklə, “Milan” klubu 8 illik fasilədən sonra yenidən Çempionlar Liqasında oynamaq hüququ qazanıb. “Rossoneri”lər sonuncu dəfə 2012-2013-cü il mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirak edib. Milanlılar İtaliyanın dünyada ən titullu klub komandalarından biri və ən çox beynəlxalq kubok qazanmış futbol klubudur. 1963-cü ildə UEFA Çempionlar Liqasını qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin “Milan” UEFA Çempionlar Liqasının kubokunu öz muzeyində əbədi saxlamaq hüququna malik beş Avropa klubundan biridir. UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biri (6 dəfə) olan “Milan” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı üçüncü futbol klubudur.Beləliklə, bu nəticələrdən sonra növbəti mövsüm “İnter”, “Milan”, “Atalanta” və “Yuventus” İtaliyanı UEFA Çempionlar Liqasında, “Napoli”, “Latsio”, “Roma” və “Sassuolo” isə UEFA Avropa Liqasında təmsil edəcək. A Seriyanı bu mövsüm “Benevento”, “Krotone” və “Parma” klubları tərk edir.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Kalyari” – “Genoa” – 0:1;

“Krotone” – “Fiorentina” – 0:0;

“Sampdoriya” – “Parma” – 3:0;

“İnter” – “Udineze” – 5:1;

“Sassuolo” – “Latsio” – 2:0;

“Spezia” – “Roma” – 2:2;

“Torino” – “Benevento” – 1:1.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02