İtaliya A seriyasının XI turunda “Napoli” qələbə qazanıb

3 Noyabr 2018 14:24

Xəbər 756 dəfə oxunub

İtaliya A seriyasının XI turunda “Empoli”ni qəbul edən “Napoli” böyükhesablı (5:1) qələbə qazanıb.Milli.az xəbər verir ki, bu görüşdə het-trik edən “Napoli”nin hücumçusu Dris Mertens tarixə düşüb. “Empoli”nin qapısından 3 qol keçirdən Mertens A seriyasında ən çox qol vuran belçikalı futbolçu ünvanına sahib olub. Onun aktivində ümumilikdə 73 qol var.Mertens “Kalyari”, “Fiorentina” və “Boloyna”da ümumilikdə 72 dəfə fərqlənmiş həmyerlisi Luis Oliveyranı qabaqlayıb.xeber100.com